Hava kəskin dəyişir: Qar yağacaq - XƏBƏRDARLIQ
23 Noyabr 2024
12:50 - 16 Dekabr 2022
6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi;
Bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizm yüksək səviyyədədir. Hazırda ölkədə hər kəsin müstəqil fikir bildirmək, yürütmək, istənilən məsələyə mövqeyini sərgiləmək və hüquqlarını tələb etmək imkanı var. Bunu Azərbaycanda yaşayan hər bir azərbaycanlı bilir. Təhsilindən, savadından, peşəsindən asılı olmayaraq hər kəs öz hüquqlarını tələb etməyə qadirdir. Təbii ki, bu proses dövlətin diqqət və qayğısı, yaradılan şərait nəticəsində yaranıb. Dövlətin müstəqil medianın inkişafına dəstəyi söz və fikir azadlığının yaranmasına səbəb olub.
Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması ümummilli lider Heydər Əliyevin səyi nəticəsində başa gəlib. Bu, danılmaz faktdır ki, Ümummilli liderin dəstəyi ilə ölkədə müstəqil mətbuat inkişaf etdi, söz və məlumat azadlığının yüksək səviyyədə təmin olunması istiqamətində ardıcıl, məqsədyönlü tədbirlər həyata keçirildi.
Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də media sektorunun inkişafı üçün ciddi addımlar atılıb, söz, fikir azadlığının təmin olunması istiqamətində əsaslı nailiyyətlər əldə edilib.
"Xalq qəzeti"nin baş redaktoru Əflatun Amaşov Manset.az-a açıqlamasında bildirib ki, Azərbaycanda söz və mətbuat azadlığının inkişafı üçün dövlət tərəfindən qədər mediaya böyük dəstək var:
“Media ilə bağlı kifayət qədər yetkin qanunvericilik var. Nəinki jurnalist, hər bir şəxsin informasiya axtarmaq, aramaq, toplamaq və yaymaq hüququ var. Mən öz təcrübəmə əsaslanaraq deyə bilərəm ki, Azərbaycanda söz və mətbuat azadlığı prinsipləri qorunur. Hər bir jurnalist öhdəsinə düşən missiyanı layiqincə yerinə yetirərək onun axtarmaq istədiyi və yazmaq istədiyi elə bir mövzu yoxdur ki, o, çəkinsin, müəyyən problemlə qarşılaşsın.
Mediaya dövlət dəstəyinə gəldikdə isə, Azərbaycan dövləti həmişə Azərbaycan mediasının yanında olub. Bu, mərhələ-mərhələ həyata keçirilib. Yalnız mən bir məsələni gündəmə gətirmək istəyirəm. Bu münasibətlər Heydər Əliyevin vaxtında formalaşdı.Bu, bir tarixi faktdır. İndi biz görürük, Azərbaycanda həyatın hər sahəsində inkişaf gedir, hər sahəsində şəffaflıq var. Cənab Prezident dəfələrlə vurğulayıb ki, bəzi məqamlarda o informasiyaları media vasitəsilə əldə edir. Bu da Azərbaycan jurnalistlərinə bir töhfə verir ki, artıq onlar neqativ hallardan yazarkən, tənqidi yazıları gündəmə gətirərkən çəkinməsinlər. Çünki ölkə rəhbəri dəfələrlə bildirib ki, o, bəzi məqamlarda informasiyanı məhz mediadan alır. Dövlətin dəstəyi Azərbaycanda Azərbaycan müstəqillik əldə etdikdən sonra həmişə olub. Əvvəlcə dövlət müxtəlif formalarda kütləvi informasiya vasitələrinə yardım olunurdu. Artıq hazırda dövlət sistemli olaraq mediaya yardım edir”.
Baş redaktor qeyd edir ki, ölkədə online və çap mediasına dəstək üçün atılan addımlar bu sahənin inkişafına yönəlib:
“Kifayət qədər xəbər portal, qəzetlər, ictimai fikirə təsir göstərən və media missiyasını yerinə yetirə bilən hər bir media subyekti dövlətin yardımından faydalanır. Medianın İnkişafı Agentliyi tərəfindən ayrılan bu yardım kifayət qədər şəffafdır. Bu da Azərbaycanda dövlətin mediaya münasibətinin bariz nümunəsi, göstəricisidir”.
Əflatun Amaşovun fikrincə bir neçə müddət öncə qəbul edilən “Media haqqında” qanunun tətbiqi ölkəmizin informasiya məkanının təhlükəsizliyinin təmin edilməsi, yerli medianın inkişafına təkan verilməsi, informasiya mühitinin sağlamlaşdırılması və rəqabət qabiliyyətinin artırılması, habelə jurnalistika peşəsinin nüfuzunun yüksəldilməsinə şərait yaradacaq:
“Media haqqında qanuna qədər Azərbaycan mediasında dəqiq nizam-intizam yox idi. Əsasən də onlayn mediası- kütləvi informasiya vasitələri, o vaxt kütləvi informasiya vasitələri hesab olunurdu. İndi media subyektləridir, media subyektlərində öz əksini tapmırdı.
Hətta dəfələrlə müraciət olunmuşdu ki, bununla bağlı qanunlara dəyişiklin olunsun, onlayn media da dövlət tərəfindən maliyyələşdirilsin. Ancaq bunlar yeni media qanununun qəbulundan sonra həyata keçirildi. Yeni media qanunu sanki Azərbaycan mediasını sistemləşdirdi. Artıq Azərbaycanda məlumdur ki, yeni media qanununa görə hansı subyektlər media hesab olunurlar və hansı şəxslər jurnalist hesab olunurlar. Medianın tipologiyasında da kifayət qədər müəyyən dəqiqliklər keçirildi. Bu tipologiyada onlayn media öz yerini tuta bilmir. Qanunda irəli sürülən vəzifələri MEDİA agentliyi yerinə yetirir. MEDİA agentliyi bir yandan dövlətlə media arasında dövlətin media siyasətini həyata keçirir. Eyni zamanda, medianın peşəkarlığının artmasına öz töhfəsini verir. Bununla da Azərbaycan mediasının inkişafına yardım göstərir”.
Əməkdar jurnalist, “Gobalinfo.az” xəbər portalının rəhbəri Azər Ayxan bildirir ki, insanlar söz və mətbuat azadlığından sui-istifadə etməməlidirlər:
“Azərbaycanlılar söz azadlığını çox təəssüf ki, kiminsə ünvanına söyüş söyməklə, təhqirlə qarışdırırlar. Bu, cəmiyyətin çox ağrılı bir yeridir. Təəssüf ki, müasir dünyada texnologiyanın inkişafı ayrı-ayrı insanlara, mədəni səviyyəsi, dünyagörüşü çox aşağı olan insanlara bu texnoloji nailiyyətlərdən tamam fərqli şəkildə istifadə etməyə imkan tanıdı. Əvvəllər sözlə çox ehtiyatlı davranılardı, yüz ölçülər, bir biçilərdi. Bir fikir yazılanda, bir tənqid ünvanlananda onun məsuliyyəti dərk olunardı, ondan sonra yazılardı. Söhbət həm peşəkar jurnalistlərdən, həm siyasətçilərdən gedir. İndi isə vəziyyət tam tərsinədir. Jurnalistikadan, ziyalılıqdan, söz sənətindən xəbəri olmayan insanların əlinə bir cihaz-telefon, kompüter keçib və onun arxasından istədikləri adamın ünvanına təhqirlər yağdırırlar. Bu da cəmiyyəti heç yaxşı yerlərə aparmır. Söz və mətbuat azadlığı bolluğuna düşən insanlar, mən xüsusilə də xaricdə yaşayan şəbəkəni nəzərdə tuturam, onlara orada heç bir maneə yoxdur. İstədikləri vaxt efiri açırlar, danışırlar, həbs təhlükəsi yox, öldürülmə təhlükəsi yox, məhkəməyə verilmək perspektivi yox, tam bir söz və fikir azadlığının ümmanına, dənizinə düşüblər. Amma neynirlər? İnsanları təhqir edirlər, tərbiyəsizlik, əxlaqsızlıq edirlər, söyüş söyürlər, küfür yağdırırlar. Azərbaycanda yüksək təhsil olarsa, insanlar cəhalətdən, savadsızlıqdan qurtular, cəmiyyət inkişaf edər. Amma bir məsələ də var ki, bəzi yüksək təhsil almış insanlar da xaricə gedirlər və əllərinə düşən ilk fürsətdən istifadə edib öz dövlətlərinə, ordularına şər atırlar, düşmənin mövqeyini daha da gücləndirməyə çalışırlar. Dediyim kimi, bunlar fərdi məsələlərdir, fərdi yanaşmadır. Bunun yaxşı tərəfə yönləndirilməsi, istiqamətləndirilməsi üçün hər birimiz çalışmalıyıq. Bir daha vurğulayaraq təkrar edirəm, xaricdə heç bir həbs, məhkəmə və digər mənfi hallarla rastlaşmadığını bilən adam onun üçün yaranmış çox fürsətdən lap pis məqsədlər üçün istifadə edir. Ona görə də bu söz və mətbuat azadlığının hansısa həddə qədər məhdudlaşdırılması, ya da onun tamamilə sərbəst buraxılması nə dərəcədə doğrudur-düzgündür? Son illər sosial şəbəkələrin populyarlaşdığı bir dönəmdə daha çox müzakirə mövzusuna çevrilməkdədir ki, bax, görürsənmi insanlar əllərinə düşən fürsətdən sui-istifadə edirlər, cəmiyyətdə gərginlik yaradırlar, bir-birini təhqir edirlər, şər yazırlar, böhtan atırlar və s. İstər-istəməz hökumətlərin söz və mətbuat azadlığını müəyyən dərəcədə nəzarət altında saxlamasında haqlıdırlarmı, haqlı deyillərmi, bax bu fikirləri bir qədər gücləndirir. Uzun sözün qısası, insanları sözlə tamamilə sərbəst buraxmaq bir qədər təhlükəli hal almağa başlayıb. Artıq bəşəriyyət bu haqda fikirləşir ki, ifrat dərəcədə söz informasiya azadlığı bəşəriyyətə yaxşı şeylər vəd etmir”.
Aysel Xankişiyeva
Bu yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin