Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ
21 Sentyabr 2024
08:36 - 21 Avqust 2021
I ixtisas qrupu üzrə 9866 nəfər abituriyent 200-dən çox bal toplayıb, 150-dən çox bal toplayan abituriyentlərin sayı isə 15052 nəfərdir.
Manset.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov builki qəbul imtahanının nəticələrini təhlil edərkən deyib. Ekspert bildirib ki, 2020-ci ildə isə I qrupda 200-dən çox bal toplayan 10343 nəfər, 150-dən çox bal toplayan 15373 nəfər abituriyent olub.
2021-ci ildə I ixtisas qrupu üzrə 15758 plan yeri ayrılıb ki, onun da 10112 plan yeri ödənişsiz plan yeridir.
2020-ci ildə isə 14924 plan yeri ayrılmışdı ki, onun da 9290 plan yeri ödənişsiz idi.
I qrupda müsabiqə şərtlərini ödəyən abituriyentlərin hamısı qəbul ola bilər.
Hətta I qrupda 200 balla dövlət universitetlərində pulsuz ixtisasa qəbul olmaq olar.
I ixtisas qrupu üzrə 650-dən çox 178, 600-dən çox 640, 550-dən çox 1224, 500-dən çox 1894 abituriyent bal toplayıb ki, 2020-ci ildə 650-dən çox 179, 600-dən çox 611, 550-dən çox 1189, 500-dən çox 1903 abituriyent bal toplamışdı.
I ixtisas qrupu üzrə Prezident təqaüdünü 685-dən çox bal toplamış abituriyentlər ala biləcək.
Bu il I ixtisas qrupu üzrə nəticələr 2020 illə müqayisədə ciddi fərqlənir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin