COP29-da tarixi qərar qəbul olundu
23 Noyabr 2024
09:03 - 23 Dekabr 2022
Bakı-Qazax-Gürcüstan Respublikası avtomagistralının 454-cü kilometrliyində yol nəqliyyat hadisəsi baş verməsi ilə bağlı Ağstafa rayon Polis Şöbəsinin, Ağstafa rayon Prokurorluğunun və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidmətinin 9-cu tağımının əməkdaşları hadisə yerinə gəlib.
Bunu Manset.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.
İlkin araşdırmalar nəticəsində sürücü, 1988-ci il təvəllüdlü Aqil Alıyevin idarə etdiyi "Hyundai" markalı avtomobilin idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması və sürücünün ölməsi müəyyən edilib. Qeyd edim ki, A. Alıyev Qazax rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin İnzibati Təcrübə üzrə baş inspektoru, polis leytenantıdır. Hadisə ilə bağlı Ağstafa rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin