Qarabağda evini kirayə verib, Bakıya qayıdanlara XƏBƏRDARLIQ
20 Sentyabr 2024
08:03 - 21 Avqust 2021
Bu gündən etibarən abituryentlərin ali təhsil müəssisələrinə ixtisas seçimi başlayır. İxtisas seçimi zamanı bir sıra məslələrə diqqət etmək lazımdır.
Manset.az xəbər verir ki, bu il 3-cü qrup üzrə təklif edilən yerlərin sayı abituriyentlərin sayından aşağıdır.
Ali məktəbə qəbulda 16567 abituriyent 12 853 yer üçün mübarizə aparır. Ayrılan yerlərin sayı az olduğundan 4 minə yaxın abituriyent ali məktəbə qəbul ola bilməyəcək. 2-ci qrup üzrə isə 13 642 yer üzrə cəmi 8 000 abituriyent mübarizə aparır. Bu qrupda 5 mindən çox plan yeri boş qalacaq.
Təhsil üzrə ekspert Fidan Şəmsiyevanın sözlərinə görə, hər bir abituriyent seçim imkanı verilən 15 yerin hər biri üzrə ixtisas qeyd etməlidir. Onun fikrincə, ilk 3 yeri qeyd edərkən keçən il müəyyən olunan keçid ballarından nisbətən az fərqlə yuxarı olan ixtisasları seçmək olar. Lakin ballarına uyğun və ondan aşağı ixtisaslar da qeyd olunmalıdır. Bəzi universitetlərdə yeni yaradılan ixtisasları seçərkən isə digər ali təhsil müəssisələrinin ötənilki keçid balı nəzərə alınmalıdır.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin