Azərbaycanda arvadını, qayınatasını qətlə yetirən kişi özünü də öldürdü

00:55 - 21 Avqust 2021

Azərbaycanda arvadını, qayınatasını qətlə yetirən kişi özünü də öldürdü

Sabirabad rayonunda ailə faciəsi baş verib.

Manset.az apa-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonunun Əsgərbəyli kəndində qeydə alınıb. Saatlı rayonunun Bəylik kənd sakini, 1963-cü il təvəllüdlü Məhərrəmov Nizam Qaraoğlan oğlu ov tüfəngi ilə həyat yoldaşı, Sabirabad rayonunun Əsgərbəyli kənd sakini, 1976-cı il təvəllüdlü Məhərrəmova Ruhiyyə Əmirxan qızını və qayınatası, Sabirabad rayonunun Əsgərbəyli kənd sakini, 1936-cı il təvəllüdlü Əflatunov Əmirxan Əlibala oğlunu qətlə yetirib və daha sonra özünü öldürüb.

Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbər xətti

21 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin