Bu təxliyyə əməliyyatı təhlükəlidir, risklər var- Bayden

23:04 - 20 Avqust 2021

Bu təxliyyə əməliyyatı təhlükəlidir, risklər var- Bayden

“Taliban təxliyyə əməliyyatlarına müdaxilə etsə, buna çox sərt şəkildə qarşılıq verəcəyik”.

Manşet.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden Əfqanıstandakı son vəziyyətdən danışarkən deyib.

“Dünyanın bu qədər uzaq bir nöqtəsində bu qədər dəqiq şəkildə yalnız ABŞ belə uğurlu əməliyyat həyata keçirə bilər. İndiyədək təxminən səkkiz min nəfəri təxliyyə etmişik.

ABŞ sözlərinin arxasında durur. Qadın liderlər və jurnalistlərə də kömək edəcəyik. İndi neçə amerikalının ölkədə olduğunu bilmirik. Dəqiq bir saya çatmaq üçün çalışırıq.

Dünən təxliyyə edilən amerikalılar arasında hava limanına hərbi imkanlarla gətirdiyimiz mülki şəxslər də oldu”, - ABŞ lideri bildirib.

O vurğulayıb ki, NATO ilə bu məsələdə əməkdaşlıq edirlər:

“Bu əməliyyatlar önümüzdəki günlərdə də davam edəcək. Ta ki çəkilmə tamamlananadək. Evə gəlmək istəyən bütün amerikalıları gətirəcəyik. Bu təxliyyə əməliyyatı təhlükəlidir, risklər var.

Bu əməliyyatı çətin şərtlər altında davam etdiririk. İtki vermək riski də var. Talibanla mütəmadi olaraq əlaqədəyik. Mülkilərin təhlükəsiz keçidini təmin etdiklərindən əmin oluruq. Talibana bunu qəti söylədik: bizim əsgərlərimizə hər hansı bir hücum, əməliyyatlarımıza bir müdaxilə olarsa, çox sürətli və güclü bir cavab görərlər”.


Xəbər xətti

26 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin