"Rufo Gəncinski"dən “Toppuş bacı“ya böyük məbləğdə JEST

11:07 - 22 Dekabr 2022

Kriminal avtoritet Ülfət Tağıyev (“Rufo Gəncinski”) “Toppuş bacı” kimi tanınan Tünzalə Əliyevaya müalicəsi üçün 10 min manat pul göndərib.

Manset.az-ın məlumatına görə, pulu aktrisaya aşıq Namiq Fərhadoğlu təqdim edib. Bildirib ki, pulu Ülfət Tağıyevin (“Rufo Gəncinski”) yaxın adamı aşığa Tünzalə Əliyevaya çatdırılması üçün verib. 

Qeyd edək ki, bir neçə gün öncə aktrisa Manset.az-a verdiyi açıqlamada müalicəsi üçün 35 min 200 manat vəsait lazım olduğunu və kriminal avtoritet Ülfət Tağıyevin (“Rufo Gəncinski”) ona göndərəcəyi deyilən vəsaitin ona çatdırılmadığını bildirmişdi.


Xəbər xətti

20 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin