İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı
23 Noyabr 2024
12:48 - 21 Dekabr 2022
Astanada keçirilən və dünyanın müxtəlif ölkələrindən rəsmilər, media və biznes nümayəndələri, siyasi xadimlər, media azadlığı üzrə müdafiəçilər, beynəlxalq təşkilatların medianın inkişafı üzrə təmsilçiləri, həmçinin müasir dövrün qlobal problemləri üzrə alim və ekspertlər də daxil olmaqla 300-dən çox iştirakçının qatıldığı I Mərkəzi Asiya Media Forumunda Azərbaycan nümayəndə heyəti ilə təmsil olunur.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyindən (MEDİA) Manset.az-a bildiriblər ki, Forumun “Vahid media platformasının formalaşdırılması perspektivləri” mövzusunda keçirilən panel sessiyasında çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov ölkələrimiz haqqında həqiqətlərin beynəlxalq media vasitəsilə dünya ictimaiyyətinə obyektiv və düzgün çatdırılması məqsədilə Azərbaycan və Türkiyənin birgə media platformasının yaradıldığını, həmçinin Özbəkistan və Qazaxıstanın analoji qurumları ilə Anlaşma memorandumlarının imzalandığını qeyd edib. Vurğulanıb ki, dövlətlərimizə və cəmiyyətlərimizə qarşı yönəlmiş dezinformasiya kampaniyalarına qarşı mübarizə kontekstində ölkələrimizin media qurumları arasında sıx əməkdaşlıq son dərəcə vacibdir.
Azərbaycanın Qarabağ bölgəsini Ermənistanla birləşdirən Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması kimi xəbərlərin ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyasının son nümunəsi olduğu diqqətə çatdırılaraq bildirilib ki, reallıqda Azərbaycan vətəndaş cəmiyyətinin fəalları ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı etiraz aksiyası keçirir və mülki nəqliyyat vasitələrinin keçməsi üçün hər cür şərait yaradırlar. Vurğulanıb ki, bu həqiqəti beynəlxalq auditoriyaya effektiv şəkildə çatdıra bilmək olduqca əhəmiyyətlidir və bunun üçün birlikdə çalışmalıyıq.
Qeyd edək ki, Media Forumun əsas müzakirə mövzuları “Yeni medianın inkişafı”, “İnformasiya təhlükəsizliyinin təmin edilməsi üçün regional və qlobal əməkdaşlıq imkanları”, “Media sahəsində süni intellekt texnologiyaları”, “Mərkəzi Asiyada yaradıcı sənayenin inkişafı”, “Vətəndaş cəmiyyətinin və biznes əlaqələrinin inkişafında medianın rolu”dur.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin