Şuşa, Kəlbəcər və Laçında hava şəraiti

11:51 - 20 Dekabr 2022

Şuşa,  Kəlbəcər və Laçında hava şəraiti

Şuşa,  Kəlbəcər və Laçındahava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Manset.az-a verilən məlumata görə, dekabrın 20-də Şuşa, Kəlbəcər və Laçında hava şəraitinin yağıntılı olacağı, arabir qar yağacağı, bəzi ərazilərdə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə arabir duman olacağı gözlənilir. Qərb küləyinin sürəti 5-10 m/s, bəzi yerlərdə arabir 15-18 m/s-dək güclənəcək. Havanın temperaturu gündüz 3-7, axşam 9 dərəcəyədək şaxta olacaq. Axşam yollar buz bağlayacaq.

Dekabrın 21-də arabir qar yağacağı, gündüz tədricən kəsiləcəyi, axşama doğru əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyinin sürəti 3-8 m/s təşkil edəcək. Yollar buz bağlayacaq. Havanın temperaturu gecə 10-15, gündüz 3-8 dərəcə şaxta  olacaq.

Dekabrın 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı gözlənilir. Zəif qərb küləyi əsəcək.  Havanın temperaturu gecə 10-15, gündüz 0-5 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin