Bu tibb müəssisələri TƏBİB-in tabeliyindən çıxarılır - SIYAHI

11:11 - 20 Dekabr 2022

Bu tibb müəssisələri TƏBİB-in tabeliyindən çıxarılır - SIYAHI

2023-cü il yanvarın 1-dən etibarən bir sıra tibb müəssisələri TƏBİB-in tabeliyindən çıxarılacaq.

 

Manset.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov “TƏBİB -Tibbdə müasir keyfiyyət mərhələsi: real perspektivlər gələcəyə baxış” adlı hesabat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, həmin qurumlar - Milli Hematologiya və Transfuziologiya Mərkəzi və bölmələri, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu, Azərbaycan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutu, Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək.

Qeyd edək ki, sözügedən tibb müəssisələrinin TƏBİB-dən alınaraq Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi Prezident İlham Əliyevin 13 may 2022-ci il tarixli Fərmanında nəzərdə tutulub.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin