Hikmət Hacıyev ABŞ Sülh İnstitutunda Azərbaycan-Amerika tərəfdaşlığını müzakirə etdi
19 May 2024
10:18 - 20 Dekabr 2022
Beyləqanda qumar mərasimi iştirakçıları saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini S.Mehdiyevin evinin qarşısında qumar mərasimi təşkil etdiyi müəyyən olunub. S.Mehdiyev və orada olan 9 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilərək məhkəməyə göndərilib. Qərara əsasən, 9 nəfərə 3 min manat inzibati cərimə, mərasimin təşkilatçısına isə 5 gün müddətinə inzibati həbs tənbeh tədbirləri tətbiq edilib.
Manset.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə S.Mehdiyevin övladının kiçik toy mərasimi ilə əlaqədar keçirilən “ciyəraxşamı” mərasimində baş verib. Həbs edilən S.Mehdiyevin övladının bu gün kiçik toy mərasimidir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin