Məhərrəmlikdə baş tutan toylar bu rayonlarda keçirilib - SİYAHI

19:40 - 20 Avqust 2021

Məhərrəmlikdə baş tutan toylar bu rayonlarda keçirilib - SİYAHI

Karantin rejimi həm də insanların bəzi steriotiplərdən uzaqlaşmasına səbəb olub. Məhərrəmlik ayında toyların sayındakı artım buna misal olaraq göstərilə bilər.

Manşet.az xəbər verir ki, rəsmi açıqlamaya görə, təkcə aşura günündə ölkə ərazisində 7 toy mərasimin keçirilməsi qeydə alınıb. Məhərrəmlik daxil olandan isə çoxsaylı toy mərasimlərinin baş tutması sirr deyil.

Bu, mühafizəkarların sərt qınağına səbəb olsa da, toy edənləri dəstəkləyənlər də yox deyil.

Maraqlıdır, Məhərrəmlikdə toy mərasimləri əsasən ölkənin hansı rayon və ya bölgələrində baş tutub?

Suala cavab tapmaq məqsədilə Sfera.az əməkdaşı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətin rəhbəri Ehsan Zahidovla əlaqə saxlayıb. O, qeyd edib ki, pandemiya ilə əlaqədar olaraq Nazirlər Kabinetinin qəbul etdiyi qərarların icrasına nəzarət məqsədilə daxili işlər orqaları respublikanın bütün ərazilərində nəzarət profilaktika tədbirləri həyata keçirir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yayılan monitorinq məlumatlarına nəzər saldıqda isə son on gün ərzində toy mərasimlərindəki qanun pozuntuları Bakı, Sumqayıt şəhərlərində, Qax və Ağstafa rayonlarında qeydə alınıb.

Bu statistika isə şənlik və toy mərasimlərinin bu yaşayış məntəqələrində keçirilməsini düşünmək üçün əsaslar yaradır.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin