Azərbaycanın məşhur Xalq artistindən üzücü xəbər - FOTO
20 Noyabr 2024
10:39 - 19 Dekabr 2022
Ötən gün bir sıra saytlarda Azərbaycanın görkəmli sənətkarı, Xalq artisti Zeynəb Xanlarovanın Azərbaycandan birdəfəlik köçməsi ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumat böyük müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı Manset.az Zeynəb Xanlarovanın özü ilə dəfələrlə əlaqə saxlamağa cəhd etsə də, Xalq artisi telefona cavab verməyib.
Daha sonra Manset.az Zeynəb Xanlarovanın qardaşı qızı Əməkdar artist Mehriban Xanlarova ilə əlaqə saxlayıb.
O, saytımıza açıqlamasında məlumatın yalan olduğunu bildirib:
" Zeynəb xanım, mənim əziz bibim, hazırda evində oturub. Azərbaycandadır. Heç bir yerə də getməyib. Deyilənlər hamısı yalandır."
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin