Əfqanıstandan 9 min nəfər təxliyə edildi

18:54 - 20 Avqust 2021

Əfqanıstandan 9 min nəfər təxliyə edildi

ABŞ avqustun 15-dən bəri Əfqanıstandan 9 min nəfəri təxliyə edib.

Manşet.az xəbər verir ki, Ağ Evin kommunikasiya direktoru Keyt Bedinqfild "CNN"ə bildirib ki, "Taliban" Əfqanıstanda hakimiyyəti ələ keçirdiyi gündən bəri Kabil hava limanından təxliyə edilən insanların sayı 9 minə çatıb.

“Artıq 9 min insanı təxliyə etmişik. İnsanları ən qısa zamanda çıxarmaq üçün əlimizdən gələni edirik", - direktor deyib.

Hazırda Əfqanıstanda qalan amerikalıların sayı məlum deyil.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin