Azərbaycanın güləşçisi dünya üçüncüsü oldu

18:18 - 20 Avqust 2021

Azərbaycanın  güləşçisi dünya üçüncüsü oldu

Azərbaycanın qadın güləşçisi Birgül Soltanova Rusiyanın Ufa şəhərində gənclər arasında dünya çempionatında bürünc medal görüşünə çıxıb.

Manşet.az-ın məlumatına görə, 62 kq çəki dərəcəsində mübarizə aparan idmançı almaniyalı Luisa Şeel ilə qarşılaşıb.

Rəqibinə "tuşe" ilə qalib gələn Soltanova fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

Qeyd edək ki, daha əvvəl kişi sərbəst güləşçilərdən Zirəddin Bayramov (65 kq), Cəbrayıl Hacıyev (70 kq) və Əşrəf Aşırov (79 kq) gümüş, Turan Bayramovla (74 kq) Saqadulla Ağayev (86 kq) bürünc medal qazanıb. Qadınlardan isə Jalə Əliyeva (59 kq) dünya üçüncüsü olub.


Xəbər xətti

23 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin