Merkeldən Putinə: "Bu bizim vida görüşümüzdür"

18:13 - 20 Avqust 2021

Merkeldən Putinə:

Rusiya Prezidenti Vladimir Putinlə Almaniya Kansleri Angela Merkel arasında Moskvada Kreml sarayında keçirilən görüşdən sonra mətbuata ilk açıqlamalar verilib.

Manşet.az
ölkə.az-a istinadən xəbər verir ki, Putin görüşdən sonra Almaniyanın Rusiya üçün Avropada və dünyada əsas müttəfiqlərindən biri olduğunu deyib:

“Almaniya Çindən sonra ikinci ticarət və iqtisadi ortağımızdır. 2020-ci ildə olduqca ciddi bir durğunluğun yaşanmasına rəğmən ikili ticarət həcmi ilin ilk yarısında 2 dəfə artıb” – Putin bildirib.

Merkelin xidməti vəzifəsindən gedəcəyinə diqqət çəkən Putin üz-üzə müzakirə edəcəkləri bir çox məsələlər olduğunu söyləyib:

“Bu bizim vida görüşümüzdür. Dolayı yolla, bu, sadəcə vida görüşü deyil, ciddi və iş mövzulu bir səfərdir”.

Merkel də öz növbəsində fikir ayrılıqları olmasına baxmayaraq dialoqlarının çox yaxşı keçdiyini diqqətə çatdırıb:

“İrəlidə də təmasları davam etdirməyə hazırıq. İkili münasibətlərdən beynıəlxalq məsələlərə qədər danışacağımız çox şey var”.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin