Laçında zəlzələ anı - VİDEO
23 Noyabr 2024
11:32 - 18 Dekabr 2022
Xəbər verdiyimiz kimi dünən Daxili İşlər nazirinin müavini general-leytenant Oruc Zalov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib. Onun yerinə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov təyinat alıb.
Oruc Zalov təqaüdə göndərimləsi ilə bağlı Manset.az-ın suallarını cavablandırıb. General bundan sonrakı fəaliyətində ailəsinə, nəvələrinə daha çox vaxt ayıracağını bildirib.
"Mən çox ağır zamanlarda işləmişəm, xidmətini aparmışam. İndi də 70 yaşım var. Bundan sonra ailəmlə, nəvələrimlə məşğul olacam. İndiyə qədər gərgin iş buna imkan vermirdi, bundan sonra çalışacam onlara daha çox vaxt ayırım. Təbii ki, bu qədər işləyən adam evdə də otura bilməz. Yəqin ki, hansısa işlə məşğul olacam. Bu barədə hələ danışmaq tezdir. İstirahət edib, sonra baxacam."
Əlavə olaraq Oruc Zalov:
"Mən sizin xəbər portalınızı oxuyuram, izləyirəm. Çox yaxşı xəbərlər, özəl məlumatlar, yaxşı reportajlar dərc edirsiz. Sizə və kollektivinizə uğurlar arzulayıram."
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin