Fermerlərə güzəştlər ediləcək - Nazir açıqladı
20 Noyabr 2024
20:51 - 16 Dekabr 2022
Amerikalı aktrisa Ancelina Coli Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) xoşməramlı səfiri vəzifəsini tərk edəcəyini açıqlayıb.
Manset.az xarici KİV-ə istinadən xəbər verir ki, BMT Qaçqınlar üzrə Ali Komissarlığının internet saytında verilən ortaq yazılı açıqlamada Colinin humanitar yardım və insan haqları məsələləri ilə daha çox məşğul olmaq istədiyi bildirilib.
Qeyd edilib ki, Colinin qaçqın və köçkünlərin problemləri ilə məşğul olmağa davam edəcək.
Bəyanatda fikirləri yer alan Coli, xoşməramlı səfir olaraq indiyədək BMT QAK-da çoxsaylı səhra missiyaları keçirmək imtiyazına sahib olduğunu bildirib: “Qaçqınlara və digər məcburi köçkünlərə dəstək olmaq üçün əlimdən gələni etməyə davam edəcəyəm”.deyə o bildirib.
Jolie qeyd edib:
“20 il BMT çətiri altında işlədikdən sonra düşünürəm ki, mənim üçün qaçqınlarla və yerli təşkilatlarla birbaşa əlaqə saxlamağım və həll yollarını tapmağa çalışmağın vaxtı çatıb”.
Colinin UNHCR üçün mühüm tərəfdaş olduğunu vurğulayan BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi: "Onun onilliklər boyu xidmətinə, bağlılığına və qaçqınlar üçün fərq yaratmasına görə minnətdarıq. Mən onun mövqeyini dəyişmək qərarını dəstəkləyirəm və inanıram ki, Qaçqın həssaslığı onun qəlbində həmişə yaşayacaq” deyə o bildirib.
Qrandi Colinin bu mövzudakı həssaslığını daha əhatəli humanitar yardım missiyası ilə davam etdirməsini arzulayıb.
2001-ci ildə BMT-də humanitar yardım fəaliyyətlərinə başlayan Ancelina Coli 2012-ci ildə BMT QAK-ın xoşməramlı səfiri təyin edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin