Zəngəzurda kəndlilər yolu bağlayıb

16:11 - 20 Avqust 2021

Zəngəzurda kəndlilər yolu bağlayıb

Ermənistanın Zəngəzur bölgəsində fermerlər yolu bağlayıblar.

Manset.az “Shamshyan.com”a istinadən xəbər verir ki, kəndlilər su probleminə etiraz ediblər.

Bildirilib ki, suvarma həyata keçirilə bilmədiyinə görə bitkilər quruyur və məhsul toplamaq olmur.

Üçmüədzin-Əştərək yolunu bağlayan fermerlər polis əməkdaşları ilə uzunmüddətli danışıqlardan sonra yolu açıblar. Kəndlilər problemin həllini tapmayacağı təqdirdə yenidən yolu bağlayacaqlarını bəyan ediblər.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin