Jurnalistika tələbələri üçün seminar keçirildi - FOTOLAR

15:26 - 16 Dekabr 2022

Jurnalistika tələbələri üçün seminar  keçirildi - FOTOLAR

Medianın İnkişafı Agentliyi tərəfindən ali təhsil müəssisələrinin jurnalistika ixtisasında təhsil alan və media sahəsinə marağı olan 60-a yaxın tələbə üçün kommunikasiya üzrə beynəlxalq təcrübəyə malik Tatyana Ravallinin iştirakı ilə “Yeni media mühiti və rəqəmsal kommunikasiya” mövzusunda “MEDİA talks” açıq seminarı  keçirilib. 

 

Manset.az xəbər verir ki, seminar müddətində texnoloji təkamülün media mühitinə kompleks təsiri, yeni mediada kommunikasiya alətləri və formaları, rəqəmsal alətlərdən istifadə edərək müxtəlif tərəflərlə effektiv ünsiyyətin qurulması, sosial medianın məlumat mənbəyi kimi aktuallaşması, media platformaları üzrə statistik göstəricilər və bu rəqəmlərin ənənəvi kommunikasiya formalarına təsiri kimi mövzulara toxunulub.

Sonda interaktiv müzakirə sessiyaları olub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.



Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin