Azərbaycanda qardaş bacısının başını buna görə kəsib - TƏFƏRRÜAT

14:41 - 20 Avqust 2021

Azərbaycanda qardaş bacısının başını buna görə kəsib - TƏFƏRRÜAT

Bərdədə 25 yaşlı Cabbarov Fəqan Fəxrəddin oğlu 1994-cü il təvəllüdlü bacısı Nərmin Cabbarovanı qətlə yetirib.

Manset.az xəbər verir ki, məsələ ilə bağlı Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Gündüz Ələsgərov hadisənin təfərrüatlarını Unikal.org-a açıqlayıb:

"Qız Bərdənin Kətəlparaq kəndinə ərə gedibmiş. İki azyaşlı övladı var. Həmin kənddə ailə daxilində söz-söhbət olub. Qız bu məsələdən sonra öz ata evinə deyil, dayısıgilə gedərək bir neçə gün dayısının evində qalıb. Dünən isə qızın qardaşı dayısı evindən götürüb evə gətirərkən əkin sahəsində taksidən düşürdüb.

Qız başa düşüb ki, qardaşı onu öldürmək istəyir. Ona görə də qardaşının əlindən qaçmaq istəyib. Qardaşı isə onun arxasınca düşüb və orada da başını kəsərək qətlə yetirib. Kənd sakinlərinin verdiyi məlumata görə, qətlə səbəb qızın əxlaqsızlıq etməsi olub".


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin