İranda ötən sutkada 555 nəfər koronavirusdan öldü

14:32 - 20 Avqust 2021

İranda ötən sutkada 555 nəfər koronavirusdan öldü

İranda ötən sutka ərzində 28 833 nəfər koronavirusa yoluxub, 555 nəfər ölüb.

Manset.az-ın məlumatına görə, bununla da İranda bu virusdan ölənlərin sayı 100 810 nəfərə, yoluxanların sayı isə 4 616 516 nəfərə çatıb. Virus daşıyıcılarından 7 587 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

İranda indiyədək 3 868 196 nəfər koronavirusdan sağalıb, 27,6 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda təxminən 21,8 milyon vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 16,4 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 5,4 milyon təşkil edir.


Xəbər xətti

5 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin