Bakıda DƏHŞƏT: Ər arvadını bıçaqladı

00:43 - 16 Dekabr 2022

Bakıda DƏHŞƏT: Ər arvadını bıçaqladı

Dekabrın 15-də gecə saatlarında Sabunçu rayonu Sabunçu qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən Manset.az-a bildirilib ki, 1973-cü il təvəllüdlü Aqil Məmmədov 1977-ci il təvəllüdlü həyat yoldaşına bıçaqla ağır bədən xəsarəti yetirib.

Qadın xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır kimi qiymətləndirilir.

Polisin keçirdiyi tədbirlərlə A.Məmmədov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin