İsmayıllı sakinindan “patı” götürüldü - FOTO

10:37 - 20 Avqust 2021

İsmayıllı sakinindan “patı” götürüldü - FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən psixotrop maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbiri keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı üzərində “patı” kimi tanınan psixotrop maddə daşımaqda şübhəli bilinən şəhər sakini Rəhman Qardaşov saxlanılıb. Şəxsi axtarış zamanı ondan metamfetamin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin