"COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir" - Prezident
24 Noyabr 2024
08:12 - 20 Avqust 2021
Bakıda 6 aylıq körpəsini boğub öldürməkdə təqsirləndirilən Güloğlan Nağıyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Manset.az xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb.
Lent.az cinayət işi materiallarını əldə edib.Belə ki, hadisə bu il yanvarın 15-də Bakının Səbail rayonunda qeydə alınıb. G. Nağıyev 2020-ci il avqustun 4-də anadan olan qızı Yağmur Nağıyevanı çox ağladığına görə üstünə yorğan ataraq boğub öldürüb.
İfadəsində G. Nağıyev özünü 6 aylıq Yağmurun ölümündə günahkar bilməyib. O, qeyd edib ki, 2012-ci ildə ailə həyatı qurub. Həmin nikahdan 2 qız övladı dünyaya gəlib: “Böyük qızım Səidə 2, balaca qızım Yağmur 6 aylıq idi. Yoldaşım Məryəm marketdə işləyirdi. Mən də axşam saatlarında zibil yığıb satırdım. Məryəmin işləməsini istəmirdim. Bununla bağlı aramızda çox dava-dalaş olub. Çünki, Məryəm səhər evdən çıxıb axşam qayırdı. Gün ərzində uşaqlar mənimlə qalırdı, onlara mən baxırdım. Uşaqlara baxmaqdan bezdiyim üçün Məryəmlə hər gün söz-söhbətimiz olurdu”.
G. Nağıyev bildirib ki, yanvar ayının 14-də yenidən həyat yoldaşı ilə uşaqlara baxmağa görə dalaşıb: “Dedim sabahdan işə getməyəcəksən. Oturub evdə uşaqlara bax. Lakin səhəri gün Məryəm səhər tezdən işə durub gedib. Bu zaman yenidən yerimə girib uzandım. Saat 11 radələrində böyük qızım Səidə şkafdan suveneri başıma saldı. Əsəbi halda yuxudan qalxdım. Səidəyə acıqlandım. Bu zaman Yağmur ağlamağa başladı. Bir təhər ona sakitləşdirdim. Əsəblərim yerində deyildi. Təxminən saat 14-15 radələrində Yağmur və Səidəyə yemək verdim. Yağmur yemək yeyərkən də ağlayırdı. Yağmurun ağlaması başıma düşdü, onu sakitləşdirməyə cəhd etsəm də bunu edə bilmədim. Bundan sonra uşağın səsinə əsəblərim dözmədiyi üçün Yağmuru yataq otağına apardım. Ağzı üstə onu yatağın üzərinə atıb üstünü yorğanla qapadım. Məqsədim Yağmuru sakitləşdirmək idi. Bundan sonra digər otağa keçib böyük qızım Səidə ilə televizora baxdım. Televizora baxarkən təxminən iki dəfə Yağmura baxmağa getdim, hər dəfə gedəndə Yağmur ağlamağa davam edirdi. Buna görə də yorğanı hər dəfə Yağmurun üzərinə çəkib otaqdan çıxdım. Axırıncı dəfə otaqdan çıxarkən hamama girmək üçün su qızdırdım. Bütün bu proseslər təxminən iyirmi dəqiqə çəkdi. Sonradan Yağmurun səsi gəlmədi. Onun dalınca otağa girdim. Yorğanı qaldıranda gördüm ki, Yağmurun nəfəsi gəlmir. Tez onu çölə çıxartdım və ağzım ilə süni nəfəs verməyə başladım. Uşağın nəfəsi gəlmədiyindən təcili tibbi yardıma zəng etdim. Təcili tibbi yardım həkimləri uşağa baxıb qızımın öldüyünü bildirdilər”.
Körpə qızının qatili qismində ittiham olunan ata deyib ki, Yağmurun üstünə yorğan atmaq üsulu ilə bir neçə dəfə sakitləşdirib, qızını öldürmək niyyəti olmayıb.
Məhkəmədə hüquqi varis qismində uşağın anası Məryəm Nağıyeva ifadə verib.
O deyib ki, Güloğlanla 2012-ci ildə qeyri-rəsmi ailə qurub və ondan iki qız övladı dünyaya gəlib: “Ərimlə yola getmirdik. Demək olar ki, hər gün mübahisələrimiz olurdu. Deyirdi ki, oğlan uşağı doğmalısan. Həmçinin işləməyimə də qarşırdı. Mən marketlərdə xadimə kimi işləyirdim. Güloğlanın özü işləmirdi. Ona başa sala bilmirdim ki, mən də işləməsəm uşaqlar acından ölər. Lakin yenə də başa düşmürdü. Spirtli içki qəbul edib məni də, böyük qızım Səidəni də döyürdü. Birdə məni döyəndən sonra 2 yaşlı Səidəni də vurdu, qızımın dodağı partladı. Bununla hirsi soyumadı, 6 aylıq Yağmuru üzü üstə yatağın üzərinə atdı. Yazıq uşağın sifəti ağardı. Neçə dəfə məni evdən qovub, uşaqları mənə göstərməyib. Bir dəfə əməlləri ilə bağlı 8-ci polis bölməsinə şikayət etdim. Şikayət etdikdən sonra polislərin vasitəsi ilə evə qayıtmışam. Bundan sonra da Güloğlan tez-tez məni təhqir edib, döyüb”.
Qadın qeyd edib ki, hadisədən bir müddət əvvəl işdən evə qayıdan zaman balaca qızı Yağmurun boğazında qırmızı iz olduğunu və ağzından köpük gəldiyini görüb: “Güloğlandan uşağa nə olduğunu soruşduqda o, uşağı ağcaqanad dişlədiyini dedi. Həmin vaxt ona dedim ki, axırda sən bu uşağı öldürəcəksən. O da hirsli-hirsli dedi ki, uşağı öldürsəm, yastıqla öldürəcəm ki, əlimin izi düşməsin. Güloğlanın bu hərəkətlərinə baxmayaraq işə gedərkən məcbur qalıb uşaqları onun yanına qoymuşam. Çünki nə mənim, nə də Güloğlanın heç bir yaxın qohumları olmayıb. Həm də ağlıma gəlməzdi ki, Güloğlan belə şey etsin. Fikirləşirdim ki, hər nədə olsa uşaqların atasıdır, heç nə etməz”.
M. Nağıyeva bildirib ki, hadisədən bir gün qabaq axşam saatlarında işdən evə qayıdarkən Yağmurun sifətinin göyərdiyini görüb: “Güloğlandan nə olduğunu soruşduqda əli ilə Yağmurun üzünü tutub sıxdığını dedi. Hirsli-hirsli dedim ki, uşaqlara qarşı niyə belə hərəkət edirsən. Güloğlan bildirdi ki, uşaqların səsini qəbul etmir, dözmür, səbri çatmır. Hadisə günü də səhər yuxudan durub, uşaqları oyatdım. Yeməklərini verdim. Güloğlanı yuxudan oyadıb ona ya sən işə get ya da mən gedim dedim. Güloğlan işi olmadığını, əgər gedirəmsə uşaqları da aparmağı tapşırdı. Əks təqdirdə qayıdan zaman uşaqların ölüsünü görəcəyimi dedi. Güloğlan bunu sakit formada dediyi üçün bunu çox da ciddi qəbul etmədim. Çünki bu sözləri Güloğlan əvvəllər də dəfələrlə deyib. Saat 13 radələrində işə getdim. Axşam evə qayıdarkən qonşulardan balaca qızım Yağmurun öldüyünü eşitdim”.
Hüquqi varis ərinin əvvəllər də Yağmuru döyüb, boğazından tutub boğduğu deyib: “Güloğlan tez-tez ona uşaqlara baxmağa artıq səbri çatmadığını, uşaqların səsindən bezdiyini, əsəbləşdiyini deyirdi. Güloğlan heç bir yerdə işləmədiyi üçün mən məcbur olub pul qazanmaq üçün uşaqları evdə tək buraxmışam. 2020-ci ilin sentyabr ayında Güloğlanla mübahisə edən zaman Güloğlan məndən tələb edirdi ki, qızları uşaq evinə yerləşdirim. Lakin razı olmamışam. Aramızda yaranmış mübahisənin səbəblərindən biri də bu olub”.
Məhkəmənin hökmü ilə Güloğlan Nağıyev 18 il müddətinə azadlıqdan məhrum edilib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin