Ermənistanda 3 hərbçi yoldaşını qətlə yetirən əsgər saxlanıldı - VİDEO

07:34 - 20 Avqust 2021

Ermənistanda 3 hərbçi yoldaşını qətlə yetirən əsgər saxlanıldı - VİDEO

Ermənistanda hərbi qulluqçu üç hərbçi yoldaşını öldürməkdə şübhəli bilinərək saxlanılıb.

Manset.az apa-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, yerli vaxtla saat 01:30 radələrində hərbi hissələrdən birinin müdafiə bölməsinin döyüş postunda əsgər Gor Artakoviç Saakyan, Leon Rafaeloviç Arutyunyan və Murad Aşotoviç Muradyanın güllə yarası ilə öldürülmüş cəsədləri tapılıb. Faktla əlaqədar İstintaq Komitəsində cinayət işi başlanılıb.

Dünən yerli vaxtla saat 17:40 radələrində onların hərbçi yoldaşı A.X saxlanılıb.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin