ŞOK HADİSƏ: Meyiti su çənindən tapıldı, dostu həbs edildi-FOTO

20:55 - 12 Dekabr 2022

ŞOK HADİSƏ: Meyiti su çənindən tapıldı, dostu həbs edildi-FOTO

İzmirin Dikili rayonunda itkin düşmüş və 6 gün sonra su anbarında yanmış və xalçaya bükülmüş halda tapılan Ahmetcan Zeyrekin (27) dostu Burhan Kaya (31) həbs edilib.

 

Manset.az xəbər verir ki, Dikilidə süd fabrikində işləyən Ahmetcan Zeyrek dekabrın 2-də Salihleraltı Məhəlləsindəki evindən çıxıb.

Lakin ondan bir daha xəbər ala bilməyən yaxınları 4 gün sonra itkin düşmüş şəxslə bağlı polisə müraciət ediblər. Zeyrəyin tapılması üçün geniş miqyaslı araşdırma başlatan jandarma qrupları çox sayda təhlükəsizlik kamerasını araşdırıb. Aparılan araşdırmalar nəticəsində Zeyrəyin son olaraq  evli, iki uşaq atası, inşaat işçisi olan  Burhan Qaya ilə görüşdüyü müəyyənləşib. Hərəkətə keçən qruplar Kayanı nəzarətə götürüb.

Burhan Kaya dindirilməsində dostu Ahmetcan Zeyreyin intihar etdiyini və cəsədinin Kıratlı məhəlləsindəki su çəninin içində olduğunu bildirib. Qayanın ifadəsi əsasında polislər 8 dekabrda sözügedən su çənində apardıqları müayinə zamanı Zeyrekin yanmış xalçaya sarılmış cansız cəsədini aşkar ediblər. İstintaq çərçivəsində polis işçiləri cəsədin tapıldığı yerə baxış keçirib. İlk təsbitlərə görə, Zeyreyin başından tapança ilə vurularaq öldüyü müəyyən edilib.  Bu günməhkəməyəsövq edilən Burhan Kaya Sülh Cəza Hakimliyi tərəfindən həbs edilib.


Xəbər xətti

27 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin