Moqadişoda partlayış olub, ölənlər və yaralananlar var- Yeniləndi

23:31 - 19 Avqust 2021

Moqadişoda partlayış olub, ölənlər və yaralananlar var- Yeniləndi

Somalinin paytaxtı Moqadişoda baş verən partlayış zamanı azı 5 nəfər həlak olub.

Manşet.az-ın məlumatına görə, bu barədə yerli "Garowe" portalı xəbər verib.

"Moqadişoda terrorçu kamikadzenin çay evində özünü partlatması nəticəsində azı 5 nəfər həlak olub, daha bir neçə nəfər yaralanıb", - portalın tvitterdəki xəbərində bildirilir.

Qeyd edilir ki, hadisə Milli Kəşfiyyat və Təhlükəsizlik Milli Agentliyinin (NİSA) binası yaxınlığında baş verib.

Partlayışa görə məsuliyyəti hələ heç bir qruplaşma üzərinə götürməyib.

***

Somalinin paytaxtı Moqadişoda Milli Kəşfiyyat və Təhlükəsizlik Milli Agentliyinin (NİSA) binası yaxınlığında bir kamikadze özünü partladıb.

Manşet.az xəbər verir ki, bu barədə "Garowe" portalı məlumat yayıb.

Məlumata görə, partlayış qərargahın binası ilə kəsişmədə yerləşən çay evində baş verib. Şahidlər qurbanlar haqqında məlumat versələr də, onların sayı hələ məlum deyil.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin