Dağlıq ərazidə köməksiz qalan 1 nəfər xilas edildi

23:17 - 19 Avqust 2021

Dağlıq ərazidə köməksiz qalan 1 nəfər xilas edildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Lənkəran şəhərinin Yuxarı Nüvədi kəndində dağlıq və meşəlik ərazidə 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Bu barədə Manşet.az FHN-ə istinadən xəbər verir.

 

Vətəndaşın olduğu dəqiq yer müəyyən olunduqdan sonra, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri həmin əraziyə cəlb olunub. Vətəndaş xilasedicilərin köməkliyi ilə təhlükəsiz təhlükəsiz əraziyə endirilib.


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin