Azərbaycanda 17 yaşlı qız 50 yaşlı kişiyə ərə verilir? - DİN-dən AÇIQLAMA (VİDEO)

11:01 - 12 Dekabr 2022

Azərbaycanda 17 yaşlı qız 50 yaşlı kişiyə ərə verilir? - DİN-dən AÇIQLAMA (VİDEO)

Gədəbəydə 17 yaşlı qızın 50 yaşlı kişiyə ərə verildiyi iddia olunur.

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə məlumatlar sosial şəbəkələrdə yayılıb.

İddialara görə, evlənən qızın 17 yaşı var. O, 50 yaşlı Elfaq Şəkərbəyli ilə ailə həyatı qurur.

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru Eşqin Qasımov Manset.az-ın sorğusuna cavab olaraq bildirildi ki, hadisə yenidir. Lakin iddialar yalandır, 17 yaşlı qız evlənmir, nişanlanır:

Bu barədə polisə hər hansı bir müraciət daxil olmayıb. Qanunla da nişan mərasiminə müdaxilə edə bilmirik, şəxs yetkinlik yaşına çatıb, könüllü nişanlanır".

Həmin görüntüləri təqdim edirik:


Xəbər xətti

25 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin