Vətəndaşlardan hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanıldı

10:49 - 11 Dekabr 2022

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanıldı

Şirvanda ayrı-ayrı vətəndaşlardan oğurluq etməkdə, habelə hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Manset.az-a bildirilib ki, Şirvan şəhərində bir vətəndaşdan 20 min manat, bir vətəndaşdan 20 min manat, iki vətəndaşdan ayrı-ayrılıqda 10 min manat, digər vətəndaşın isə bank kartındakı pulunu talamaqda şübhəli bilinən Təbriz Cəfərov saxlanılıb.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində cinayət məcəlləsinin 177 və 182-ci maddələri ilə cinayət işi başlanılıb.


Xəbər xətti

4 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin