Bu məhsulların qiyməti kəskin ucuzlaşdı - VİDEO
23 Noyabr 2024
19:35 - 16 İyun 2021
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amrayev Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ilə bağlı bəyanat yayıb.
Manşet.az-ın Türk Şurasının mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Baş katib Türk dünyasının qədim mədəniyyət beşiyi Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasını alqışladığını bildirib.
“Şuşa Bəyannaməsində bütün Türk dünyasında mövcud olan həmrəyliyin gücləndirilməsinə yönəlmiş bir çox mühüm maddə var. Bu baxımdan Şuşa Bəyannaməsi türklük şüuru ilə Türk dövlətləri arasındakı hərtərəfli iş birliyinin daha yüksək səviyyələrə necə qalxdığını göstərən nümunəvi bir sənəd kimi tarixə düşəcək”, - deyə Bağdad Amrayev vurğulayıb.
Onun sözlərinə görə, bəyannamə yalnız iki ölkənin və xalqlarının mənafeyinə deyil, bütün Türk dünyasının mənafelərinə xidmət edəcək və bəyannamə təşkilat çərçivəsində həyata keçirilən çoxtərəfli əməkdaşlığın ardıcıllığının təsdiqidir.
Türk Şurasının baş katibi vurğulayıb ki, Şuşa Bəyannaməsi regional sülh, sabitlik və rifah üçün güclü çağırışdır: “Şuşa Bəyannaməsi bölgə ölkələrini bütün tərəflərin xeyrinə konkret layihələr vasitəsilə Cənubi Qafqazda yeni sülh və sabitlik bölgəsi yaratmağa dəvət edir. İnanıram ki, Azərbaycan və Türkiyənin müttəfiqlik münasibətlərini siyasi və hüquqi mexanizmlər vasitəsilə inkişaf etdirmək əzmi Türk Şurasına üzv olan və müşahidəçi dövlətlər arasında və bölgədə hərtərəfli əməkdaşlıq prosesini daha da gücləndirəcək”.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin