Bir yumruqla kəllə sümüyü beyninə batdı - VİDEO

19:31 - 19 Avqust 2021

Bir yumruqla kəllə sümüyü beyninə batdı - VİDEO

İstanbul şəhərində - Taksim ərazisindəki gecə klubunun qarşısında mübahisə yaşanıb.

 Manşet.az sfera.az-a istinadən xəbər verir ki, gecə klubuna gələn 42 yaşlı Murta K. spirtli içkinin təsiri ilə məkanın mühafizə əməkdaşı ilə dalaşıb və onu təhqir edib.

Murat K. mühafizədən üzr istəmək üçün çölə çıxsa da, tərəflər arasında yenidən mübahisə yaşanıb. Onlar bir-birini qarşılıqlı təhqir edib və söyüş söyüb. Mühafizə Fırat İ. əsəbləşərək Murat K.-ya yumruq vurub. Yumruğun təsiri ilə yerə yıxılan 42 yaşlı şəxsin başı divara çırpılıb, kəllə sümüyü sınaraq beyninə batıb.

Yaralı şəxs dərhal xəstəxanaya çatdırılıb. Murat K-nın beyninə batan sümük çıxarılsa da, o komaya düşüb.

Hadisəni törədən Fırat İ. həbs edilib.

 


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin