Ağstafada qayın yeznəsini bıçaqladı

19:26 - 19 Avqust 2021

Ağstafada qayın yeznəsini bıçaqladı

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.

Manşet.az xəbər verir ki, hadisə rayonun Xətai kəndində qeydə alınıb.

1987-ci il təvəllüdlü Bədəlov Pərviz Zakir oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Dərhal xəstənin yaralarına tikiş qoyulub, onun vəziyyətinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, Pərviz Bədəlovu qaynı bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

24 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin