Amerikalı jurnalist “Taliban” yaraqlılarının hücumuna məruz qaldı - VİDEO

18:56 - 19 Avqust 2021

Amerikalı jurnalist “Taliban” yaraqlılarının hücumuna məruz qaldı - VİDEO

"Taliban” hərəkatının yaraqlıları CNN çəkiliş qrupunu əhatəyə alaraq müxbir Klarissa Uordun üzü örtülü olmadığı üçün prodüser Brent Suelsi tüfəngin qundağı ilə vurmaq istəyiblər.

 

Manşet.az xəbər verir ki, bununla bağlı kadrlar CNN-nin rəsmi "YouTube” kanalında yayımlanıb.

 

"Taliban”ın iki döyüşçüsü bizə tərəf qaçdı, onlardan biri avtomatı qaldırdı və prodüser Brent Suelsi qundağı ilə vurmaq istədi. Sonra onlara yaxınlaşdılar və dedilər ki, çəkilişə icazəmiz var. Yalnız bundan sonra keçməyimizə icazə verildi”, - deyə Uord bildirib.

 

O əlavə edib ki, jurnalistlərə bu cür hücum edilirsə, ölkədən çıxmağa çalışan əfqanıstanlıların başına gələnləri təsəvvür etmək elə də çətin deyil.

 

 


Xəbər xətti

20 Sentyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin