“İlin sonuna qədər İrəvan və Bakı nümayəndələrinin yeni görüşü keçirilə bilər” - Mirzoyan

18:34 - 7 Dekabr 2022

“İlin sonuna qədər İrəvan və Bakı nümayəndələrinin yeni görüşü keçirilə bilər” - Mirzoyan

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan ilin sonuna qədər İrəvan və Bakı nümayəndələrinin yeni görüşünün keçirilə biləcəyini istisna etmir.

 

Manset.az Sputnik Ermənistan-a istinadən xəbər verir ki, “Konkret razılaşmalar yoxdur, amma düşünürəm ki, belə bir görüş ilin sonuna qədər baş tutacaq”, - deyə A. Mirzoyan ölkə parlamentində çıxışı zamanı bildirib.

“Sülh danışıqları çərçivəsində müzakirələr fəal şəkildə davam edir. Ermənistan tərəfi Bakının sülh müqaviləsi ilə bağlı növbəti təkliflərini alıb və artıq cavab hazırlayır.

Tərəflərin yanaşmaları hələ də bir-birindən uzaqdır, lakin Ermənistan və Azərbaycan onları yaxınlaşdırmağa çalışır”.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin