<

Saxtalaşdırılan pensiyalarla bağlı - Rəsmi açıqlama

17:35 - 7 Dekabr 2022

Saxtalaşdırılan pensiyalarla bağlı - Rəsmi açıqlama

“Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun kənar dövlət maliyyə nəzarəti tədbirinin nəticələri haqqında Baş Prokurorluğa göndərdiyi məlumatda qeyd olunan 51 nəfərin pensiyası 2013-cü ilin may ayınadək olan dövrdə təyin olunub”.

 

Manset.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili öz feysbuk səhifəsində yazıb.

O qeyd edib ki, pensiya təyin olunmuş həmin şəxslərin şəxsiyyət vəsiqəsində doğum tarixi haqqında məlumatların saxtalaşdırması halları aşkarlanıb: “Sığorta haqlarının şəxsi hesablarda əks etdirilməsi üçün son illər DSMF tərəfindən mühüm işlər aparılır. Hələ 2006-2016-cı illərdə ödənilən, lakin işçilərin fərdi hesabları üzrə bölüşdürülməmiş 1,2 milyard manat vəsait artıq fərdi hesablara bərkidilib ki, bu da sosial sığorta iştirakçılarının hüquqlarının qorunmasına yönələn mühüm addımdır”. Rəşad Mehdili vurğulayıb ki, DSMF Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə bu il ilk dəfə konsolidə edilmiş maliyyə hesabatını audit rəyi ilə birlikdə dərc edib.

Qeyd edək ki, 7 fevral 2006-cı il - 22 oktyabr 2013-cü il tarixlərində əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov olsa da, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov olub. O, 2002 - 2013-cü illərdə bu vəzifəni icra edib. 2016-cı ildən isə Fond ƏƏSMN-in tabeliyinə verilib.

Xatırladaq ki, 2021-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) icra olunmuş gəlir və xərc göstəriciləri üzrə bəzi uyğunsuzluqlar aşkar olunub. Məlumatları təhrif edilmiş sənədlər əsasında 24 rayon (şəhər) üzrə 51 nəfərə 20 aprel 2013-cü il tarixədək pensiya təyin edilməklə 884 min manat məbləğində vəsait ödənilməsi halı və respublikanın digər rayon və şəhərlərində eyni hal üzrə cinayət tərkibinin əlamətlərinin olma ehtimalını diqqətə alaraq kənar dövlət maliyyə nəzarətinin nəticələri barədə müvafiq materialların Baş Prokurorluğa göndərilməsi qərara alınıb.


Xəbər xətti

7 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin