Avtovağzalda siqaret çəkən şəxs həbs edildi

17:00 - 7 Dekabr 2022

Avtovağzalda siqaret çəkən şəxs həbs edildi

Bakı Beynəlxalq Avtovağzalında siqaret çəkən şəxs həbs edilib.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bir neçə gün öncə qanunsuz taksi fəaliyyəti ilə məşğul olan şəxslərə qarşı keçirilən reyd zamanı baş verib. Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Şöbəsinin əməkdaşları 29 yaşlı Şəmkir sakini Fuad Əliyevə (şərti) təyin edilməmiş yerdə siqaret çəkdiyinə görə irad tutublar. Onu təmizliyə riayət etməyə dəvət ediblər. Bu zaman polis əməkdaşları ilə F.Əliyev arasında sözlü mübahisə yaşanıb və o, saxlanılaraq bölməyə aparılıb. Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni əmrinə tabe olmama) ilə protokol tərtib olunub və baxılması üçün məhkəməyə göndərilib.

F.Əliyev məhkəmədə deyib ki, avtovağzal ərazisində gözləyərkən siqaret çəkdiyinə görə polis əməkdaşları onunla kobud rəftar ediblər: “Mən polislərə etirazımı bildirdim, mobil telefonla onların hərəkətlərini çəkməyə çalışdım. Polislər telefonumu əlimdən alaraq görüntüləri silməyə çalışdılar, aramızda mübahisə yarandı”.

Binəqədi Rayon Məhkəməsinin qərarı ilə F.Əliyev 8 gün müddətinə inzibati qaydada həbs edilib.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin