<

Pediatrdan uşaqlara peyvənd XƏBƏRDARLIĞI

16:44 - 7 Dekabr 2022

Pediatrdan uşaqlara peyvənd XƏBƏRDARLIĞI

“Yalnız ana südü ilə uşağı xəstəliklərdən qoruya bilmərik”.

 

Manset.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Nigar Bayramova deyib.

Onun sözlərinə görə, körpənin ilk peyvəndi ana südü hesab olunur: “Ana südü də uşağı infeksiyalardan qoruyur. Lakin bu, o demək deyil ki, ana südü qəbul edən uşaq peyvəndlənməməlidir. Yanlış fikirdir. Ana südü uşağı xəstəliklərdən qorumur”.

N.Bayramova qeyd edib ki, peyvənd olunmayan uşaqlar gələcəkdə çox ağır fəsadlarla üzləşə bilərlər:

“Bu gün peyvəndlənmə sayəsində 6 milyona yaxın uşaq ölümünün, 7 milyondan çox uşağın isə şikəst olmasının qarşısı alınıb. Peyvənd ən əhəmiyyətli vasitədir. Peyvənd olunmayanların çox ağır xəstəliklərlə üz-üzə qalma ehtimalları çoxdur”.


Xəbər xətti

5 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin