Azərbaycanda 33 yaşlı qadın qətlə yetirildi

16:36 - 7 Dekabr 2022

Azərbaycanda 33 yaşlı qadın qətlə yetirildi

Şəmkirdə 33 yaşlı qadın qətlə yetirilib, əri şübhəli bilinir.

 

Baş Prokurorluğun Mətbuat xidmətindən Manset.az-a bildirilib ki, Şəmkir rayonunun Könüllü kəndi ərazisində 1989-cu il təvəllüdlü Aynurə Orucovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1983-cü il təvəllüdlü Mahiyyəddin Atakişiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aynurə Orucovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Mahiyyəddin Atakişiyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Hazırda iş üzrə istintaq davam edir.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin