<

Azyaşlıya spirtli içki verən şəxs cəzalandırıldı - RƏSMİ

16:04 - 7 Dekabr 2022

Azyaşlıya spirtli içki verən şəxs cəzalandırıldı - RƏSMİ

Azyaşlıya spirtli içki verən şəxs cəzalandırılıb.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Manset.az-a verilən məlumata görə, azyaşlıya spirtli içki verərək görüntülərini sosial şəbəkədə yayan şəxs Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib.

Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 189.1-ci (uşaqların təlim-tərbiyəsi vəzifələrini valideynlər və onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsinə əsasən protokol tərtib edilərək aidiyyəti üzrə göndərilib.


Xəbər xətti

6 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin