“Əgər “Əsrin kontraktı” imzalanmasaydı...” - İlham Əliyev

15:00 - 7 Dekabr 2022

“Əgər “Əsrin kontraktı” imzalanmasaydı...” - İlham Əliyev

“İndi siz də yaxşı xatırlayırsınız ki, biz “Əsrin kontraktı” üzərində işləməyə başlayanda bu Dərin özüllər zavodunun bizdə olmasının nə qədər böyük əhəmiyyəti var idi”.

 

Manset.az xəbər verir ki, bunu Prezident İlham Əliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda inşa olunan “Akademik Xoşbəxt Yusifzadə” tankerinin istismara verilməsi mərasimində deyib.

“Çünki əgər bu zavod olmasaydı, bizim bütün kontraktlarımızın icrası bəlkə də 5-10 il gecikə bilərdi. Yəni, o vaxt bunu etdi və müstəqillik dövründə Heydər Əliyev neft strategiyasının icraçıları kimi biz sizinlə “Əsrin kontraktı” üzərində digər yoldaşlarla bərabər işləmişik və o günləri də həmişə xatırlayırıq. Bu gün inkişaf edən, güclənən Azərbaycanın təməli məhz o vaxt qoyuldu. Əgər o kontrakt imzalanmasaydı bizim gəlirlərimiz olmayacaqdı. Gəlir olmayan yerdə hər hansı bir inkişafdan söhbət gedə bilməz”, - Prezident İlham Əliyev vurğulayıb.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin