<

Şamaxıda ov edən şəxs həmyerlisini GÜLLƏLƏDİ

13:28 - 7 Dekabr 2022

Şamaxıda ov edən şəxs həmyerlisini GÜLLƏLƏDİ

Dekabrın 5-də saat 22 radələrində Şamaxı rayonunun Pirqulu qəsəbəsi ərazisində bir nəfərin odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.

 

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla həmin vaxt ov edən rayon sakini Ramil Əhmədovun tüfəngdən açdığı atəşdən İlkin İlyasovun kürək nahiyəsindən xəsarət alması müəyyən olunub.

Ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

R.Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb, ondan müvafiq sənədləri olan “Baykal” markalı ov tüfəngi götürülüb.

Araşdırma aparılır.


Xəbər xətti

6 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin