<

Sülhməramlılar jurnalistlərimizi Xocalıya buraxmadı - YENİLƏNDİ (VİDEO)

12:10 - 7 Dekabr 2022

Sülhməramlılar jurnalistlərimizi Xocalıya buraxmadı - YENİLƏNDİ (VİDEO)

PA-nın məlumatına görə, media nümayəndələri sülhməramlıların postunu piyada keçərək Xankəndi istiqamətində bir qədər irəliləməyə nail olsalar da, Rusiya hərbçiləri əlavə qüvvə cəlb edərək jurnalistlərin qarşısını kəsib, geri qaytarıblar.

Onlar bu hərəkətlərini heç bir formada əsaslandırmayıblar.

Monitorinq qrupunun Xocalıda danışıqları davam edir.

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupu dekabrın 3-də keçirilmiş görüşün davamı olaraq bu gün Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri davam etdirəcək.

Manset.az xəbər verir ki, İTV-nin Şuşaya ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, monitorinq qrupunun Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovla danışıqları sülhməramlıların Xocalıdakı qərargahında baş tutacaq.

Təəssüf ki, sözü gedən müzakirələri media nümayəndələri izləyə bilməyəcək. Çünki ərazidə olan sülhməramlılar jurnalistlərin Xocalıya keçidinə maneə yaradıb. İsrarla əraziyə keçməyə cəhd etsələr də, sühməramlılar onları əraziyə buraxmadılar.


Xəbər xətti

6 Fevral 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin