"Gözümüzün qabağında ağacları kəsirlər" - Qaradağın icra başçısından BİABIRÇI AÇIQLAMA (VİDEO)

11:23 - 7 Dekabr 2022

Qaradağ rayonu Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsi 1 ünvanında ağaclar qanunsuz olaraq kəsilib.

 

Manset.az xəbər verir ki, kəsilən ağacların yerində naməlum obyekt tikilir və artıq tikintinin bir qismi tamamlanıb.

Baku TV tikinti şirkəti ilə əlaqə saxlayıb və cavab olaraq sözügedən ərazidə çəkiliş aparmağın qadağan olduğu bildirilib və heç bir ağacın kəsilmədiyi qeyd olunub.

Tikinti şirkətinin rəhbəri hətta Baku TV-yə rüşvət adlandırmadığı “hörmət” də təklif edib.

Qeyd edək ki, çəkiliş qrupu ərazidə olarkən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov da hadisə yerində olub. O, gözlərinin qabağında tikinti üçün ağac kəsildiyini etiraf edib. İcra başçısının bu açıqlaması sosial şəbəkələrdə böyük qınağa səbəb olub.

Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik:


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin