ABŞ bu ölkədəki hərbi mövcudluğunu artıracağını açıqladı

11:36 - 7 Dekabr 2022

ABŞ bu ölkədəki hərbi mövcudluğunu artıracağını açıqladı

ABŞ-ın müdafiə naziri Lloyd Ostin ABŞ ordusunun Avstraliyadakı hərbi varlığını artıracağını açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, iki ölkənin müdafiə sahəsində əməkdaşlığı dərinləşdirməyə razılaşdıqlarını ifadə edən Ostin, “Bugünkü danışıqlarda ABŞ qüvvələrinin Avstraliyadakı alternativ varlığını artıracağıq. Bu, həm də logistika və davamlılıq sahəsində əməkdaşlığımızı, o cümlədən bombardmançı qruplar, ABŞ Hərbi Dəniz Qüvvələri və Quru Qoşunlarının imkanlarını genişləndirəcək. Bu, qarşılıqlı fəaliyyətimizi dərinləşdirəcək” - deyib.

O, Yaponiyanı da Avstraliyadakı yerləşdirmə təşəbbüsündə iştirak etməyə dəvət edəcəklərini söyləyib.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin