Akademiyadakı yanğında zəhərlənənlərin vəziyyəti AÇIQLANDI

10:06 - 7 Dekabr 2022

Akademiyadakı yanğında zəhərlənənlərin vəziyyəti AÇIQLANDI

Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasında qeydə alınan yanğın hadisəsilə əlaqədar zəhərlənənlərin son durumu açıqlanıb.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Manset.az-a verilən məlumata görə, qurumun tebeliyindəki tibb müəssisələrində hospitalizasiya olunan zərərçəkənlərin hər birinə zəruri tibbi xidmət göstərilib.

Rəsmi məlumata görə, onalrın vəziyyəti qənaətbəxş olduğundan ambulator müalicə üçün buraxılıblar.

Qeyd edək ki, dekabrın 6-da saat 17:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yerləşən Dövlət Sərhəd Xidmətinin Akademiyasının inzibati binasının dam örtüyündə yanğın baş verib. TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası əraziyə cəlb edilib. Ümumilikdə tüstüdən zəhərlənən 14 nəfər hospitalizasiya olunub.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin