Sərxoş sürücü qəza törətdi - Ölən var

09:50 - 7 Dekabr 2022

Sərxoş sürücü qəza törətdi - Ölən var

İmişli rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Manset.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 6-da saat 21 radələrində 1997-ci il təvəllüdlü Nahid Məhərrəmov sərxoş vəziyyətdə, sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə 1967-ci il təvəllüdlü Sarvan Yaqubovu vurub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

Qeyd edək ki, N.Məhərrəmov müharibə iştirakçısıdır, qazidir, idarə etdiyi avtomobil qardaşına məxsus olub.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

25 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin