"Dünya tarixi Bakı nailiyyətinə şahid oldu" - Dövlət başçısı
24 Noyabr 2024
17:27 - 19 Avqust 2021
Bakıda soyğunçuluğa məruz qalaraq evindən 9 milyon manat pul, küllü miqdaqda qızıl-zinnət əşyaları aparılan sahibkar Aqil Babayev bu barədə hüquq mühafizə orqanlarına şikayət etdikdən sonra şərlənərək həbs olunub.
Manset.az xəbər verir ki, bu iddia ilə onun ailə üzvüləri Unikal.org-a müraciət ediblər. A.Babayevin həyat yoldaşı Nigar Babayeva bildirir ki, 2021-ci ilin iyun ayının 7-si axşam saat 22:30 radələrində onun telefonuna həyat yoldaşından mesaj gəlib: “Həmin mesajda yazılmışdı ki, Anar və Tufan usta ilə bizim Xətai rayonundakı evimizə gələrək mənzilin 5-ci mərtəbəsində iş görəcəklər. Bu səbəbdən yuxarı mərtəbələrə qalxmayın. Onlar yoldaşımın yanında işlədiklərindən mən heçnədən şübhələnmədim. Həmin gün gecə saat 12 radələrində adıçəkilən şəxslər bizim mənzilə daxil olaraq liftlə 5-ci mərtəbəyə qalxdılar. Mən isə iki aylıq körpəmlə evdə tək idim. Anargilin rəngli işıq yandırması məni narahat etsə də mən yuxarıya çıxmadım. Amma onların liftlə dəfələrlə qalxıb-düşdüyünü, nəsə daşıdığını səslərdən eşidirdim. Onlar saat 03:00 radələrinə qədər bizim mənzildə oldular.
Səhər 05:00 radələrində həyat yoldaşım evə gələndə bildim ki, həmin şəxslər Buzovnada bağ evimizə daxil olaraq yoldaşımı girov saxlayıb, onun telefonundan mənə mesaj yazmaqla evə daxil olaraq mənzilimizdən pul, zinnət əşyalarını aparıblar. Həyat yoldaşım soyğunçuluq faktı üzrə 102-yə və yuxarı instansiyalara şikayət etsə də, bugünədək gəlib nə hadisə yerindən əl izləri götürülüb, nədəki hadisə şahidi olaraq məni dindiriblər” deyə N. Abbasova bildirib. Onun sözlərinə görə, əksinə şikayətdən sonra soyğunçuluğu törədən şəxslər həyat yoldaşına qarşı yalançı şahidlər toplayıb, A. Babayevə qarşı dələduzluq maddəsi ilə cinayət işi açılaraq həbs edilib. Aqil Babayevin ailə üzvüləri iddia edir ki, onun milyonlarla pulunu quldurluq yolu ilə aparan şəxslər uzun illər Aqillə dostluq edən,Bakı şəhərindəki ticarət şəbəkələrindən birinin sahibidir.
Sözügedən ticarət şəbəkəsinin Bakıdakı məşhur “Şaurma-1” restoranlarının sahibi Natiq Sadıqov olduğu bildirilir. Qeyd edək ki, baş vermiş soyğunçuluq hərəkətlərinə qədər Aqil Babayev həmin ticarət şəbəkəsinin şəriki olub. Hazırda iki aylıq körpəsi ilə çıxılmaz vəziyyətdə qalan N. Abbasova həyat yoldaşının şərlənərək həbs edildiyini, işə ədalətli baxılması üçün prezident İlham Əliyevdən imdad diləyir. O, son ümid yerlərinin ölkə başçısı və Vitse-prezident Mehriban Əliyeva olduğunu söyləyir. Oğlunun həm soyğunçuluğa məruz qaldığını həm də şərlənərək həbs edildiyini söyləyərək fəryad edən A.Babayevin anası Havanisə Babayeva isə öz əli ilə çörək verdiyi şəxslərin onlara qənim kəsildiyini bildirir: “Mənim oğlum xeyriyyəçi insandır. Oğlumu girov götürüb evini soyan, onu şərləyərək həbs etdirən şəxslər onunla uzun illər dostluq edən, süfrəmizdən çörək yeyən şəxslərdir. Mən prezidentimizdən xahiş edirəm ki, oğlumun işinə ədalətli baxılmasına kömək etsin. Prezidentimiz bizim son ümid yerimizdir. Çünki, indiyədək teleqram vurduğumuz, rəsmi məktub yazdığımız heç bir instansiya bizə kömək etmir” deyə sahibkarın anası fəryad edir.
A.Babayevin qaynı Ramin Bəhmənov isə iyunun 8-ə keçən gecə baş vermiş soyğunçuluq hadisəsini belə nəql edir:” İyunun 7-də Aqil ustaların məvacibini vermək üçün Xəzər rayonu, Buzovna qəsəbəsi, Badamlıq ərazisi, Musa Nağıyev küçəsində yerləşən bağ evinə gedib. Orada namaz qılmağa düşərkən ikinci mərtəbədə tanıdığı bir qrup şəxsin ondan xəbərsiz evinə daxil olduğunu görüb. Onlardan nə baş verdiyini, niyə xəbərsiz şəkildə evə soxulduqlarını soruşduqda həmin şəxslər ona nalayiq ifadələr işlədərək, həmçinin fiziki güc tətbiq edərək birinci mərtəbədə qonaq otağına gətiriblər. Burada Aqili döyərək onlara borclu olduğunu söyləyiblər. Halbuki Aqil ibadətlə məşğul olduğundan heç kəsə borcu olmayıb.
Cinayətkarlar Aqilin telefonlarını əlindən alaraq mobil telefonun yaddaşını silərək bağ evinin və Xətai rayonundakı mənzilin açarlarını götürüblər. Əvvəlcə bağ evindəki pullarını və qiymətli əşyalarını götürərək soyğunçuluqla əldə etdiklərinin əslində elə onlara aid olduğunu bildiriblər”. R. Bəhmənov deyir ki, baş verənlər Bakıdakı məşhur “Şaurma-1” restoranlarının sahibi Natiq Sadıqovun göstərişi ilə həyata keçirilib. Çünki, Aqillə həmin restoranlar şəbəkəsini şərikli işlədiblər.
Bu cinayəti icra edən Anar adlı şəxs isə Aqilin telefonundan həyat yoldaşına mesaj yazaraq onun yaşadığı evə daxil olub, mənzilin 5-ci mərtəbəsindən bütün zinyət əşyalarını, 9 milyon pulu götürərək BMV markalı avtomobillə aparıblar”. R. Bəhmənov deyir ki, bu azmış kimi soyğunçular Aqili dələduzluqda suçlayaraq qanunsuz olaraq həbs olunmasına da nail olublar. R. Bəhmənov bugünədək baş vermiş soyğunçuluq faktı üzrə heç bir istintaq hərəkəti aparılmadığını, hüquq-mühafizə orqanlarının hadisə yerinə baxış belə keçirmədiyini söyləyir.
A. Babayevin bacısı Mətanət Babayeva qardaşının soyğunçuluğa məruz qaldığı, böhtan atılaraq həbsə atıldığı və işinə ədalətli baxılmadığı barədə prezidentə müraciət edib: “Cənab prezident, Siz həmişə çıxışlarınızda demisiniz ki, sahibkarlar şikayətlərini mənə desinlər. Qardaşım, sahibkar Aqil Babayev bir qrup şəxs tərəfindən girov götürülərək soyğunçuluğa məruz qalıb. Üzərinə böhtan atılaraq həbs edilib. Biz aidiyyatı orqanlara müraciət etsək də, iki aydır ki, qardaşım günahsız yerə həbsdədir. Sizdən xahiş edirəm ki, qardaşımın işinə ədalətli baxılmasına kömək edəsiniz. Zərərçəkmiş tərəf biz olsaq da, nəinki qardaşımın evini soyanlar cinayət məsuliyyəyinə cəlb edilir, bu azmış kimi qardaşım şər-böhtanla həbs edilib. Son ümidimiz sizsiniz, cənab prezident. Bizə kömək edin!”
Qeyd edək ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən avqustun 4-də Babayev Aqil Zalış oğlu CM-nin 178.3.2 maddəsi ilə istintaqa cəlb edilib. Elə həmin tarixdə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qəti-imkan tədbiri seçilib. A. Babayev Bakı Apellyasiya Məhkəməsinə qərardan şikayət etsə də, həbs qəti-imkan tədbiri qüvvədə saxlanılıb, ev dustaqlığına buraxılması barədə vəsatəti təmin edilməyib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin