Əhaliyə ŞAD XƏBƏR: Pensiya və müavinətlər artırıla bilər - VİDEO
29 Mart 2024
23:08 - 6 Dekabr 2022
“Ukraynada elektrik enerjisinin kəsilməsi ən azı 2023-cü ilin martına qədər davam edəcək”.
Manset.az xəbər verir ki, bu barədə Ukraynanın enerji təchizatı şirkəti “YASNO”nun baş direktoru Sergey Kovalenko bildirib.
Onun sözlərinə görə, Ukraynanın nə vaxt “cədvəllərdən imtina edəcəyi” və elektrik enerjisinin verilməsini tam bərpa edəcəyi hələ məlum deyil.
Qeyd edək ki, Ukraynanın Baş naziri Denis Şmıqal ölkədə 19% elektrik enerjisi çatışmazlığının olduğunu bildirib və istehlakçılar üçün işıqların kəsilməsinin davam edəcəyi barədə xəbərdarlıq edib.
Ukrayna Prezidenti Volodimir Zelenskinin sözlərinə görə, enerji təchizatı ilə bağlı ən çətin vəziyyət Vinnitsa, Kiyev, Jitomir, Dnepropetrovsk, Odessa, Xmelnitski və Çerkassı vilayətlərindədir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin